Qarabağ Dirçəliş Fondu AHİK-ə təşəkkür edib
“Hörmətli Səttar müəllim!

Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə yaradılan Qarabağ Dirçəliş Fondu işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini həyata keçirən publik hüquqi şəxsdir.

Xüsusilə vurğulamaq istərdim ki, Fondu yarandığı gündən etibarən minlərlə həmvətənimiz, yüzlərlə şirkət birlik nümayiş etdirərək Qarabağda aparılacaq işlərə dəstək göstərmək məqsədilə quruma ianə edib.

Hörmətli Səttar müəllim,

Sizin timsalınızda rəhbərlik etdiyiniz quruma Qarabağın dirçəlişi istiqamətində görülən işlərə ianə edərək verdiyiniz töhfəyə görə dərin minnətdarlığımı bildirirəm.

İnanıram ki, bu əməkdaşlığımız üçün uğurlu bir başlanğıc olacaq və ölkəmizin rifahı naminə görülən işlərdə aramızda yaranan tərəfdaşlığın daha geniş və uzunmüddətli olacaq.

Məlumat üçün bildirmək istərdim ki, növbəti tədbirlərdən birində qurumunuzun adına hazırlanmış xüsusi “İanə Sertifikatı” da fondumuz tərəfindən Sizə təqdim ediləcək.

Qeyd olunmalıdır ki, bütün icra etdiyimiz layihələr haqqında hesabatlar mütəmadi olaraq donorlara, eyni zamanda ictimaiyyətə təqdim olunacaq.

Diqqətinizə görə təşəkkür edirəm və Sizə dərin hörmətimi bildirirəm!”

Bizimlə əlaqə

© 2022 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo